...

Pompeo və Heyli ABŞ-nin yeni administrasiyasına dəvət edilməyəcək - Tramp

Dünya xəbərləri Materials 10 Noyabr 2024 03:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp nə ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli, nə də keçmiş dövlət katibi Mayk Pompeonu administrasiyasına dəvət etməyi planlaşdırmadığını bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Keçmiş Daimi Nümayəndə Nikki Heyli və ya keçmiş dövlət katibi Mayk Pompeonu administrasiyasıma dəvət etməyəcəyəm", - deyə o bildirib.

Həm Heyli, həm də Pompeo Donald Trampın ilk dövründə ABŞ administrasiyasında çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti