...

Maimuna Şərif COP29 Konfransının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib

İqtisadiyyat Materials 12 Noyabr 2024 13:11 (UTC +04:00)
Maimuna Şərif COP29 Konfransının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) keçmiş icraçı direktoru və Kuala Lumpur şəhərinin meri Maimuna Mohd Şərif COP29 konfransının Bakıda keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Trend xəbər verir ki, o, bunu COP29-un Liderlər Sammitində çıxışı zamanı bildirib.

"Cənab Prezident COP29-u Bakıda qəbul edərək, göstərdiyiniz cəsarətə görə, lider həmkarlarınızı sülhə şans verməyə inandıra bildiyiniz üçün Sizə təşəkkür edirəm. Çünki sülh olmadan davamlı inkişaf ola bilməz, necə ki, davamlı inkişaf olmadan sülhə nail ola bilmərik", – o deyib.

Daha sonra o, Azərbaycanın dayanıqlı urbanizasiyaya verdiyi töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib:

"Çünki ölkə, yeni şəhər gündəminə və dayanıqlı inkişaf məqsədlərinə əsaslanaraq, öz şəhərlərini bərpa edir", – deyə əlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti