Bakı. Trend:
COP29 çərçivəsində Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası - "Şəfəq" layihəsi üzrə Azərbaycan Hökuməti ilə "Shafag (Jabrail) Solar Limited"şirkəti arasında investisiya sazişinin imzalanması mərasimi baş tutub.
Trend xəbər verir ki, daha sonra "Şəfəq" günəş enerji stansiyasının tikintisi üçün torpaq sahəsinin icarəsi üzrə müqavilənin imzalanma mərasimi keçirilib.
Qeyd edək ki, Sazişi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və bp şirkətinin baş icraçı direktoru Mürrey Okinklos imzalayıblar.