...

İranda qar uçqunu: ölən və yaralanan var

Dünya xəbərləri Materials 25 Yanvar 2025 11:22 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Mərənd rayonunda qar uçqunu baş verib.

Trend-in ölkənin yerli KİV-lərinə istinadən məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti Mərən rayonu Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Yəhya Haqcu mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən gün Mərənd rayonunun “Danaqıran” zirvəsində qar uçqunu baş verməsi nəticəsində məlumat daxil olub və 2 nəfər qar uçqunu ilə çıxılmaz vəziyyətə düşüb. 5 saatlıq keçirilən əməliyyat nəticəsində alpinistlərə çatmaq mümkün olub.

“Qar uçqunu nəticəsində alpinist kişi yaralanıb, onun həyat yoldaşı alpinist qadın isə ölüb”, - deyə o bildirib.

Qeyd edək ki, Mərənd rayonunda “Danaqıran” zirvəsi dəniz səviyyəsindən 2 851 metr yüksəklikdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti