Bakı. Trend:
Ekvadorun ikinci müddətə seçilən prezidenti Daniel Noboa dövlət başçısı kimi and içib.
Trend-in məlumatına görə, andiçmə mərasimini "Ecuavisa TV" televiziya kanalında yayımlanıb.
"Mənim vəzifəm indiyə qədər heç vaxt həll olunmadığı üçün münaqişədən uzaqlaşmamaq, illərlə özünü ölkənin ağası hesab edən cinayətkarlarla yorucu mübarizədən yayınmaq üçün başqa tərəfə baxmamaqdır. Mən belə deyiləm, bu Ekvador üçün xarakterik deyil və ən əsası məndən gözlədiyiniz şey deyil", - deyə Daniel Noboa bildirib.
Yeni vitse-prezident Mariya Xose Pinto onunla birlikdə and içdi.