...

Argentinada aşkarlanan kəllə sümüyü alimlərdə çaşqınlıq yaradıb

Dünya xəbərləri Materials 29 May 2025 20:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentinada aşkarlanmış müəmmalı şəkildə deformasiyaya uğramış kəllə sümüyü alimləri çaşqınlığa salıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, argentinalı arxeoloqların tapdığı həmin kəllə sümüyü iddiaya görə buna qədər naməlum olmuş insan irqinə aid ola bilər. Tapıntı Kordoba əyalətində yer alıb və artıq alimlərin və ictimaiyyətin marağına səbəb olub.

Kəllə sümüyü qeyri-adi anatomik xüsusiyyətləri ilə seçilir: o ölçü baxımından normal insana aid kəllə sümüyünün ölçülərindən əhəmiyyətli dərəcədə çoxdur, bundan başqa alın hissə hündür qaşların olduğu hissədəki sümük isə çox qabarıqdır ki, bu da onu məlum olan hominidlər arasında unikal edir.

Alimlər həmin insan qalıağının Neoilit və hətta daha erkən dövrdə yaşamış insana məxsus olduğunu ehtimal edir. Kəllə sümüyünün dəqiq yaşı hələ ki, müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti