...

Çin “TikTok”la bağlı ABŞ ilə əməkdaşlıq edəcək

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 13:28 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Pekin “TikTok” platformasının mülkiyyəti məsələsinin həlli ilə bağlı ABŞ ilə əməkdaşlıq etməyi planlaşdırır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi ÇXR rəhbəri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın Pusandakı (Cənubi Koreya Respublikası) görüşlərinin nəticələrinə əsasən bəyanat yayıb.

“Tərəflər həmçinin Madriddə keçirilən ticarət məsləhətləşmələrinin nəticələrini təsdiqləyiblər, ABŞ investisiya kimi müəyyən sahələrdə müsbət öhdəliklər götürüb, Çin isə “TikTok” məsələsini ABŞ ilə birlikdə lazımi qaydada həll etməyə razılaşıb", - deyə nazirliyin saytında dərc olunan bəyanatda bildirilir.

Qeyd edək ki, 25 sentyabr tarixində Trampın imzaladığı fərmanla, Çin sosial şəbəkəsi olan “TikTok”un Birləşmiş Ştatlar biznesinin nəzarətinə keçməsi ilə bağlı sövdələşmə təsdiqlənib.

Fərmanda bildirilir ki, yeni qurumda ən böyük pay və nəzarət ABŞ vətəndaşlarına məxsus olacaq. Çin şirkəti “ByteDance” isə 20%-dən az pay əldə edəcək, qalan hissə isə müəyyən investorlara məxsus olacaq. Həmin investorların kimliyi açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti