...

ABŞ Ukrayna münaqişəsinin tezliklə bitməsini istəyir - Marko Rubio

Dünya xəbərləri Materials 2 Dekabr 2025 06:44 (UTC +04:00)
ABŞ Ukrayna münaqişəsinin tezliklə bitməsini istəyir - Marko Rubio

Bakı. Trend:

Vaşinqton Ukraynadakı münaqişənin tezliklə həll olunmasını və davamlı sülhün bərqərar olmasını istəyir.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə telefon danışığı zamanı deyib.

Məlumata əsasən, Rubio və Yohann Ukraynadakı müharibənin sona çatmasına kömək etmək üçün davam edən səyləri müzakirə ediblər.

Rubio ABŞ-nin məqsədinin münaqişəyə mümkün qədər tez son qoymaq və uzunmüddətli sülhü təmin etmək olduğunu bir daha təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti