Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio və BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdullah bin Zayed Əl Nəhyan telefon danışığı zamanı Yəməndəki vəziyyəti və Yaxın Şərqdəki təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəis müavini Tommi Piqotun yazılı açıqlamasında deyilib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi və BƏƏ xarici işlər naziri "Yəməndəki vəziyyəti və Yaxın Şərqdə təhlükəsizliyə və sabitliyə təsir edən daha geniş məsələləri müzakirə ediblər".
Qeyd edək ki, həmin gündə Dövlət Departamenti bildirib ki, Rubio və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud da telefonla danışaraq "Yəməndə davam edən gərginliyi" müzakirə ediblər.