...

2025-ci il Britaniya tarixində ən isti dövr olub

Dünya xəbərləri Materials 3 Yanvar 2026 02:32 (UTC +04:00)

Bakı. Trend:

2025-ci il Birləşmiş Krallıq tarixində ən isti dövr olub.

Trend-in məlumatına görə, bu məlumatı Britaniyanın Milli Meteorologiya Agentliyi (Met Office) yayıb.

Qeyd olunur ki, 2025-ci ildə orta illik temperatur 10,09 dərəcə Selsi olub. Bu da, 2022-ci ildə təsbit edilmiş rekordu (10,02 dərəcə Selsi) üstələyir.

Agentlik bildirir ki, müntəzəm ölçmələrin aparıldığı 1884-cü ildən indiyədək son 10 ildəki qədər uzun davam edən isti mövsümlər qeydə alınmayıb. Bu da iqlim dəyişikliyinin bariz nümunəsidir.

Xəbər lenti

Xəbər lenti