Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio gələn həftə Qrenlandiya məsələsini müzakirə etmək üçün görüş keçirməyi planlaşdırdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə dövlət katibi ABŞ Senatında qanunvericilər üçün qapalı brifinqdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mən burada Danimarka və ya hərbi müdaxilə haqqında danışmaq üçün deyiləm", - deyə o bildirib.
"Gələn həftə onlarla görüşəcəyəm. O zaman onlarla bu barədə danışarıq, amma əlavə edəcək başqa bir sözüm yoxdur", - deyə o əlavə edib.