...

İtaliya parlamenti ölkənin yeni prezidentini seçə bilməyib

Dünya xəbərləri Materials 10 May 2006 14:39 (UTC +04:00)

Bu gün İtaliya parlamenti ölkənin yeni prezidentini seçə bilməyib. 80%-dən çox səs hesablandıqdan sonra aydın olub ki, prezident postuna namizədlərdən heç biri qanunvericilərin səslərinin tələb olunan üçdə ikisini toplaya bilməyib. Bu barədə (S) Associated Press xəbər verir.

Trend in məlumatına görə, Romano Prodinin parlament seçkilərində qalib gəlmiş sol mərkəz partiyası İtaliya prezidenti postuna yeni namizəd irəli sürüb. O, Avropa parlamentinin üzvü və İtaliyanın keçmiş daxili işlər naziri Corcio Napolitanodur. R.Prodi blokunun irəli sürdüyü digər namizədlər ölkənin istefaya gedən baş naziri Silvio Berluskoninin rəhbərlik etdiyi sağ koalisiya ilə məsləhətləşmələr zamanı qəbul olunmayıb. S.Berluskoninin partiyası İtaliya prezidenti postuna Canni Lettin namizədliyini irəli sürüb.

İtaliyada prezident parlamentin hər iki palatasının qanunvericiləri və ölkənin 20 regionundan olan nümayəndələr tərəfindən seçilir. Bu barədə RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti