...

Türkiyənin keçmiş baş nazirinin vəziyyəti ağırlaşıb

Dünya xəbərləri Materials 19 May 2006 17:29 (UTC +04:00)

Bu gün (mayın 19-da) səhər beynin sol yarımkürəsinə qansızması diaqnozu ilə xəstəxanaya çatdırılan Türkiyənin keçmiş baş naziri, Demokratik Sol Partiyanın fəxri sədri Bülənd Ecevitin vəziyyəti ağır olaraq qalır. Türkiyənin KİV-nə istinadən Trend in verdiyi məlumata görə, keçmiş baş nazir Ankarada Gülhanə Hərbi-Tibb Akademiyasında əməliyyat olunub.

Həkimlərin bəyanatlarına görə, 81 yaşlı Ecevitin səhhəti hələ də təhlükə altındadır. Əməliyyat 7 saat davam edib və son 48 saat ərzində onun həyatı üçün "kritik" olacaq.

Qeyd edək ki, türk qoşunlarının Şimali Kiprə daxil olması, eləcə də Kürd Fəhlə partiyasının (PPK) rəhbəri Abdulla Öcalanın tutulub mühakimə olunması kimi bir sıra məşhur tarixi hadisələr B.Ecevitin adı ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti