...

Sergey Lavrov İranın Qara dəniz regionunda əməkdaşlıq formatlarına qoşulmasının tərəfdarıdır

Dünya xəbərləri Materials 31 May 2006 17:27 (UTC +04:00)

Rusiya XİN başçısı Sergey Lavrov İranın Qara dəniz regionunda beynəlxalq əməkdaşlıq formatına qoşulmasını məqsədəuyğun hesab edir.

"Biz əminik ki, İran tam hüquqlu üzv kimi bu regionda əməkdaşlığa qoşulmalıdır. Bu barədə Trend İnterfaks-a istinadən xəbər verir. "Biz hamımız regionun bütün ölkələri üçün əlverişli olan formalar axtarmalıyıq", - deyə S.Lavrov Türkiyə KİV-nə müsahibəsində bildirib. Bu müsahibənin mətni çərşənbə günü RF XİN-in saytında yerləşdirilib.

"Ümid edirəm ki, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət danışıqlar yolu ilə həll ediləcək. Çünki başqa həll variantı yoxdur. İran isə Qara dənizlə sərhədlənən bu böyük regionda əməkdaşlığa qoşulmaq üçün tam hüquqa malikdir", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti