...

Ali Rada bu çağırışda ilk qanunu qəbul edib

Dünya xəbərləri Materials 20 İyul 2006 17:23 (UTC +04:00)

Ali Rada bu çağırışda ilk qanunu - "Ukraynanın xaricdə alimentlərin alınması haqqında Konvensiyaya qoşulması haqqında" qanunu qəbul edib.

Trend in Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, zalda qeydə alınmış 308 xalq deputatından 293-ü "lehinə" səs verib.

Bu arada, Yuliya Timoşenko iyulun 23-də parlamentin buraxılması məqsədilə deputatların səlahiyyətlərinin dayandırılması üçün imza toplamağa başlayacağını bəyan edib. Bunun üçün ən azı 151 imza tələb olunur.

Onun sözlərinə görə, Y.Timoşenko Blokunun öz səsi azlıq təşkil etdiyi üçün "Bizim Ukrayna" fraksiyasının deputatlarına müraciət edəcək.

"Bizim Ukrayna" fraksiyasının lideri Roman Bessmertnı bəyan edib ki, parlamentin buraxılması və deputat səlahiyyətlərinin dayandırılması məsələsinə formalaşdıqdan sonra Konstitusiya Məhkəməsi son qoya bilər. Lakin "Bizim Ukrayna" bu anti-bohran koalisiyasına daxil olmayacaq.

Xəbər lenti

Xəbər lenti