Ukraynanın baş naziri Viktor Yanukoviçin aparatında ilk təyinatlar həyata keçirilir. Leonid Kuçmanın hakimiyyətdə oluduğu dövrdə prezident administrasiyası rəhbərinin müavini işləmiş Aleksey İşenko mətbuat xidmətinin rəhbəri təyin olunub.
Trend "Vzqlyad"a istinadən xəbər verir ki, mətbuat xidmətinin əsas vəzifəsi baş nazirə onun üzərinə qoyulmuş öhdəliklərin yerinə yetirilməsində kömək etmək, dövlət hakimiyyəti orqanları, ictimaiyyət, xarici və beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələrilə əlaqəni təmin etməkdir.
V.Yanukoviçin əvvəlki mətbuat katibi Rodion Miroşnikın "İTAR-TASS"a verdiyi məlumata əsasən, ona artıq başqa vəzifə təklif olunub.