...

Türkmənistanda Kanadanın və Meksika Birləşmiş Ştatlarının yeni səfirləri akkreditə olunublar

Dünya xəbərləri Materials 30 Avqust 2006 21:06 (UTC +04:00)

Türkmənistan prezidentinin göstərişi ilə ölkə Məclisinin sədri Əvəzgəldi Atayev Kanada səfiri İv Brodonun etimadnaməsini qəbul edib.

Turkmenistan.ru-nun Aşğabad müxbirinin verdiyi məlmata görə, spiker diplomatik missiyanın yeni başçısını məsul posta təyin olunması münasibəti ilə təbrik edib və ona Türkmənistan və Kanada arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi işində uğurlar arzulayıb.

Trend xəbər verir ki, səfir neytral Türkmənistanın xarici və daxili siyasətinin əsas prinsipləri ilə tanış olub. Türkmənistan-Kanada əməkdaşlığının inkişafına dair məsələlərin müzakirəsi zamanı energetika sahəsində, iqtisadiyyatın digər sektorlarında səmərəli qarşılıqlı əlaqələrin qurulmasında hər iki ölkənin maraqlı olduğu vurğulanıb. Cənab Brodo qeyd edib ki, bir çox iri Kanada şirkətləri Türkmənistan bazarında işləmək arzusunda olduqlarını bildirirlər. Tərəflər humanitar sahədə də qarşılıqlı əlaqələrin genişləndirilməsi zəruriyyətini qeyd ediblər.

Milli parlament rəhbərinə həmçinin Meksika Birləşmiş Ştatlarının səfiri Salvador Kampos İkardo etimadnaməsini təqdim edib.

İlk dəfə Aşğabada gəlmiş Meksika səfiri görüş zamanı müstəqil ölkənin 15 il ərzində əldə etdiyi nailiyyətlərlə tanış olub, Türkmənistan Məclisinin qanunvericilik fəaliyyəti haqqında məlumatlandırılıb.

Dövlət xəbər xidmətinin məlumatına görə, həmsöhbətlər, ticari, işgüzar və mədəni əlaqələrin əhəmiyyətini qeyd edərək, Türkmənistan-Meksika münasibətlərinin mümkün qədər aktivləşməsində maraqlı olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti