Qazaxıstan İsrail ərazisindəki neftemaletmə obyektlərinə maraq göstərir və Xayfa NEZ-in özəlləşdirilməsi mümkünlüyünü istisna etmir. RİA "Novosti" xəbər verir ki, bu haqda Qazaxıstanın Baş Nazirinin müavini Kərim Masimov bildirib.
"Bakı- Tiflis- Ceyhan" boru kəməri layihəsinə qoşulan Qazaxıstan Yaxın Şərq bazarına, o cümlədən İsrailə neft nəqlinin təşkil olunmasına maraq göstərir. Mən ürəkdən inanıram ki, biz boru kəmərini Yaxın Şərqə kimi apara bilərik. Əminəm ki, biz Xəzər neftini İsrailə çatdıra bilərik". Bu haqda İsrailə səfərinin nəticələrinə dair mətbuat konfransında Kərim Masimov bildirib.
K.Masimovun sözlərinə görə, Qazaxıstan 2015-ci ilə kimi 90%-i ixrac olunacaq neft hasilatının sutkalıq həcmini 1,3 milyon bareldən 3 milyon barelə qaldırmaq istəyir. Trend "Rusiya Nefti" -nə istinadən xəbər verir.