...

Suriya prezidenti gələn həftə Moskvaya səfər edəcək

Dünya xəbərləri Materials 13 Dekabr 2006 19:50 (UTC +04:00)

Suriya prezidenti Bəşər Əsəd Rusiya rəhbərliyi ilə regiondakı vəziyyətin sabitləşməsi və təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparacaq. Bu barədə çərşənbə günü Rusiya jurnalistləri ilə Dəməşqdə görüşü zamanı Suriyanın vitse-prezidenti Faruk Şaraa bildirib.

Onun sözlərinə görə, Suriya prezidentinin Moskvaya səfəri dekabrın 19-da başlanacaq.

"RİA Novosti" agentliyinə istinadən Trend bildirir ki, vitse-prezident deyib: "Hazırda regionda sülh prosesi dayanıb. Bu, Suriyanın yox, sülh danışıqlarının bərpasını istəməyən İsrailin günahı üzündən baş verib. Əsədin Moskvadakı görüşləri də Yaxın Şərqdə sülh prosesinin aktivləşməsinə xidmət etməlidir"

Vite-prezidentin sözlərinə görə, danışıqlar çərçivəsində ikitərəfli münasibətlər də müzakirə ediləcək..

Şaraa qeyd edib ki, Əsədin Moskvaya bu dəfəki səfəri ikitərəfli münasibətlərin möhkəmləndirməsi məqsədi daşıyır, bu prosesin əsası isə Əsədin 2005-ci ildə Moskvaya səfəri zamanı qoyulub.

Xəbər lenti

Xəbər lenti