...

Gürcüstanın nazirləri baş nazirdən hədiyyələr alıblar

Dünya xəbərləri Materials 27 Dekabr 2006 17:08 (UTC +04:00)

Gürcüstan hökümətinin nazirləri bu gün baş nazir Zurab Noqaidelidən hədiyyələr alıblar. Hökümətin sonuncu iclasında bu gün Noqaideli bütün nazirlərə çay fincanı verib.

Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, nazirlər baş nazirə minnətdarlıq edib və bildiriblər ki, çox sevdikləri çay və qəhvəni böyük məmnuniyyətlə hədiyyə verilmiş fincanlardan içəcəklər. İslahatlar üzrə dövlət naziri Kaxa Bendukidze hədiyyədən xüsusilə razı qalıb.

"Mənə elə bu cür böyük fincan lazım idi", - deyə razı qalmış dövlət naziri qeyd edib. Elə bu gün baş nazir həmkarlarına hədiyyə verməzdən əvvəl onları yeni il və milad bayramı münasibətilə təbrik edib.

Xəbər lenti

Xəbər lenti