...

İİR-in XİN rəhbəri: İranın "nüvə dosyesi"nə MAQATE çərçivəsində baxılmalıdır

Dünya xəbərləri Materials 6 Mart 2007 11:17 (UTC +04:00)

İran XİN rəhbəri Manuçöhr Mottaki atom enerjisi üzrə beynəlxalq agentliyin idarə Şurasını İranın "nüvə dosyesi"nin BMT TŞ-dən MAQATE nəzarətinə verilməsi ilə bağlı Tehranın təklifini dəstəkləməyə çağırıb. Bu barədə İRNA məlumat verib.

"İranın "nüvə dosyesi"nə MAQATE-nin hüquq normaları çərçivəsində baxılmalıdır", deyən İran diplomatiyasının rəhbəri Agentliyin idarə Şurasını Tehranın təklifini dəstəkləməyə çağırıb. M.Mottaki bir daha İran nüvə probleminin danışıqlar yolu ilə həll olunması zəruriliyini vurğulayıb. "Bütün tərəflərin iştirakı ilə konstruktiv danışıqlar vasitəsilə biz razılıq əldə edə bilərik", deyə o, bildirib.

Dünən Vena beynəlxalq mərkəzində MAQATE idarə Şurasının sessiyası başlanıb. Forumun ənənəvi işi beş gün davam edəcək və bağlı qapılar arxasında keçiriləcək. Əsas müzakirə mövzularından biri İran nüvə proqramı ətrafındakı vəziyyət olacaq.

Xəbər lenti

Xəbər lenti