...

Qırğızıstanın baş naziri siyasi partiyalara vakant vəzifələrə öz namizədlərini irəli sürməyi təklif edib

Dünya xəbərləri Materials 28 Mart 2007 16:40 (UTC +04:00)

Qırğızıstanın baş naziri Əzim İsabakov respublikanın müxtəlif siyasi qüvvələrinə hökümətdə azad olmuş kürsüyə öz namizədlərini irəli sürməyi təklif edib.

Bu gün Qırğızıstanın prezidenti Kurmanbek Bakiyev hökümətin 5 üzvünü istefaya göndərib.

Nazirlər Kabineti aparatından İTAR-TASS-ın müxbirinə verilən məlumata görə, baş nazirin birinci müavini Daniyar Usenov, hökumət apraratının rəhbəri Tınıçbek Tabaldiyev, FHN başçısı Canış Rustembekov, səhiyyə naziri Şayloobek Niyazov və iqtisadi inkişaf və ticarət naziri Sabırbek Moldokulov istefaya göndəriliblər. İstefanın səbəbləri haqqında hələlik məlumat verilmir. Qırğızıstanın hökümətinin başçısı Əzim İsabakovun bu barədə xüsusi açıqlama verəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti