...

BMT TŞ apreldə Serbiya və Kosovoya missiya göndərə dilər

Dünya xəbərləri Materials 5 Aprel 2007 11:51 (UTC +04:00)

BMT Serbiya və Kosovoya BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən ibarət olan nümayəndəsini göndərə bilər. Bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Couns Perrinin bəyanatına istinadən, Reuters məlumat verib.

"Ümid edirəm ki, apreldə BMT TŞ-nin missiyası Belqrad və Priştinaya baş çəkə biləcək", deyə E.D.Perri bəyan edib. Tarix və tərkib kimi missiyanın detalları hələ ki müəyyən olunmayıb.

BMT TŞ-yə rəhbərlik edən Böyük Britaniya bu məsələ ilə TŞ-nin üzvləri ilə ikitərəfli danışıqlar aparır. E.D.Perrinin fikrincə, TŞ missiyasının nəticələrinə əsasən, BMT baş katibinin xüsusi nümayəndəsi Martti Axtisaarinin planını dəstəkləyən qətnamə qəbul oluna bilər. Bu barədə RBK məlumat verib.

Xəbər lenti

Xəbər lenti