...

Ukraynalı politoloq əmindir ki, beynəlxalq vasitəçilər cəlb olunmadan Ukraynadakı böhranı həll etmək mümkün olmayacaq

Dünya xəbərləri Materials 25 May 2007 17:40 (UTC +04:00)
Ukraynalı politoloq əmindir ki, beynəlxalq vasitəçilər cəlb olunmadan Ukraynadakı böhranı həll etmək mümkün olmayacaq

Azərbaycan, Bakı/ Trend / müxbir A.Qasımova/ Ukrayna müstəqil siyasi araşdırmalar mərkəzinin direktoru, politoloq Mixail Poqrebenski hesab edir ki, daxili danışıqlarla Ukraynadakı böhranı həll etmək mümkün deyil, vəziyyətdən ən yaxşı çıxış yolu tərəflərin fəaliyyətinə görə cavabdehliyi öz üzərinə götürən beynəlxalq vasitəçiləri cəlb etməkdir.

Cümə günü Kiyevdən telefon vasitəsilə öz fikirlərini bildirən Poqrebenski hesab edir ki, bu münaqişədə ən yaxşı vasitəçi Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ Dövlət Departamentinin nümayəndələri və "ən ideal variant" kimi ABŞ dövlət katibi Kondaliza Raysın şəxsən müdaxiləsi ola bilər.

Ukrayna siyasi elitasının uzunsürən münaqişəsi açıq qarşıdurmaya çevrilib. Ukrayna prezidenti Viktor Yuşenko bu ərəfədə aprelin 26-da özünün təyin etdiyi Svyatoslav Piskunun baş prokuror vəzifəsindən qovulması haqqında fərman verib.

Öz gözlənilməz kadr dəyişikliyini Yuşenko baş prokurorun vaxtında deputat səlahiyyətlərindən imtina etməməsi (Svyatoslav Piskun - Regionlar partiyasından Ali Radanın deputatı) və bir şəxsin iki vəzifə daşımasının qanunvericiliyə zidd olması ilə əlaqələndirib. Buna cavab olaraq Ukrayna DİN rəhbəri Vasili Suşko bəyan edib ki, DİN binanın və onun işçilərinin təhlükəsizliyini öz üzərinə götürür.

"Silahlı qüvvələr və prezident arasında münaqişə ona hesablanıb ki, prezident Yuşenko öz məqsədlərinə elə öz alət və əsasları ilə nail olsun",-deyə politoloq hesab edir.

"Beynəlxalq vasitəçilər cəlb olunmadan münaqişəni həll etmək mümkün olmayacaq və bu ölkə üçün acı nəticələr verə bilər",-deyə o əlavə edib.

Ukrayna KİV-i Svyatoslav Piskunun qovulmasını onun Konstitusiya Məhkəməsi ilə qarşıdurmada prezidentin tərəfində olmaq istəməməsi ilə əlaqələndirilib. Məsələ ondadır ki, hal-hazırda Konstitusiya Məhkəməsində Regionlar partiyası deputatlarının prezident Viktor Yuşenkonun Ali Radanın buraxılması və vaxtından öncə seçkilərin keçirilməsi barədə qərarının qanunsuz hesab olunması ilə bağlı muraciətinə baxılır. İşin arzuolunmaz məcrasından özünü sığortalamaq üçün hələ aprel ayının 30-da Yuşenko Konstitusiya Məhkəməsinin üç hakimini - Valeriya Pşeniçnovo, Syuzanna Stanik və Vladimir İvaşenkonu "andiçməni pozmaq" adı altında vəzifəsindən azad edib.

Xəbər lenti

Xəbər lenti