...

Bakı funikulyoru turistlərini gözləyir (FOTO)

Baku 2015 : EUROGAMES Materials 24 May 2015 17:00 (UTC +04:00)
Bakı funikulyoru I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlər üçün doğma şəhərimizin daha bir özəl rəmzi sayıla bilər.
Bakı funikulyoru turistlərini gözləyir (FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend/

Bakı funikulyoru I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlər üçün doğma şəhərimizin daha bir özəl rəmzi sayıla bilər.

Trend-in məlumatına görə, 1960-cı ildə fəaliyyətə başlayan funikulyor 2012-ci ildə yenidənqurma və təmir işlərindən sonra yenidən paytaxt sakinlərinin və qonaqların istifadəsinə verilib.

Bakı funikulyoru kompüter sistemi ilə idarə olunur. Hər hansı bir texniki nasazlıq aşkarlandıqda dərhal mərkəzə məlumat ötürülür. Beləcə, baş verə biləcək problemin qarşısını vaxtında almaq mümkün olur.

Xüsusi rahatlığı ilə seçilən vaqonlar isə sərnişinlərin ətrafı seyr etmələri üçün şüşəbəndlə əhatələnib. Funikulyorun 2 stansiyası var: "Bəhram Gur" və "Şəhidlər Xiyabanı".

Bu iki stansiya arasında rahat vaqonlarda hərəkət edən şəhərimizin sakinləri və qonaqları isə İlk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakının təkrarolunmaz mənzərəsini seyr edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti