...

Həştərxan hökumətinin sədri: I Avropa Oyunları tarixə düşəcək

Baku 2015 : EUROGAMES Materials 27 May 2015 02:17 (UTC +04:00)
Azərbaycanın ilk Avropa Oyunlarını qəbul edəcəyi ölkədə iqtisadi inkişafın olduğunu sübut edir.
Həştərxan hökumətinin sədri: I Avropa Oyunları tarixə düşəcək

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanın ilk Avropa Oyunlarını qəbul edəcəyi ölkədə iqtisadi inkişafın olduğunu sübut edir. Bunu Trend-ə Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov deyib.

O, qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarının təşkili üzrə xeyli iş görüb: "Avropada heç də hər bir ölkə belə layihəni hazırda reallaşdıra bilməz. Bu Oyunlar tarixə düşəcək".

K.Markelovun sözlərinə görə, Rusiya qarşıdakı I Avropa Oyunlarına hazırlıq işlərini izləyir: "Ümid edirəm ki, Rusiya nümayəndə heyəti Oyunlarda ən geniş tərkibli olacaq. Oyunların açılışında Rusiya Prezidenti Vladimir Putin və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də iştirak edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti