...

Bakıda beşinci "Azerbaijan Fashion Week" keçirilir (FOTO)

Mədəniyyət Materials 26 May 2017 19:53 (UTC +04:00)
Bakıda beşinci "Azerbaijan Fashion Week" - Payız-Qış 2017/2018 mövsümünü keçirilir.
Bakıda beşinci "Azerbaijan Fashion Week" keçirilir (FOTO)

Bakı. Trend:

Bakıda beşinci "Azerbaijan Fashion Week" - Payız-Qış 2017/2018 mövsümünü keçirilir. Bu mövsüm də tədbir paytaxtın ən orijinal məkanlarında keçirilir - Daş Salnamə Muzeyi və İçərişəhər tarixi qoruğu ərazisində.

Belə ki, Milli Dəb Həftəsi təşkilatçılarının məqsədi həm yerli əhali, həm də sözügedən tədbiri Bakıda ənənəvi şəkildə ziyarət edən çoxsaylı qonaqların ölkəmizin milli dəyərlərinə olan marağını artırmaqdır.

Dəb həftəsinin hər bir günü azərbaycanlı, həmçinin Fransa, Qazaxstan, Rusiya, Belarus, Gürcüstan və Ukraynanın tanınmış nümayəndələrindən ibarət əcnəbi dizaynerlərin parlaq nümayişləri ilə yaddaşlarda iz buraxacaq.

İlk iki gundə Jarkyn Baimakhanov, Tinatin, Eka Busuladze, K - Fabuel, Ulker Huseynova, Elnara Bekirova, Yerlan Zholdasbek, Oksana Barkhatova, Comode, Gunel Ali, Uventa, Turkan Turkel Couture, DASTAN dizaynerlərin və brendlərin kolleksiyalari numayiş olunub.

Ənənəvi olaraq AFW zamanı şourum da fəaliyyət göstərilir və qonaqlara həm nümayişdə göstərilir, həm də digər geyimləri dizaynerlərin özlərindən əldə edə bilirlər. Fashion-retail biznesinin nümayəndələri dizaynerlərlə şəxsən tanış olmaq, sifariş və əməkdaşlıq haqda danışıqlar aparmaq imkanı qazaniblar.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər"Dövlət Tarixi-Memarlıq Qoruğu idarəsinin dəstəyi ilə keçirilir.

Azerbaijan Fashion Week ildə iki dəfə keçirilir: may və noyabr aylarında. İlk dörd mövsüm çərçivəsində Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Gürcüstan və Latviya olmaqla məşhur dizaynerlərin 60-dan çox dəb nümayişi baş tutmuşdur.

Azərbaycan Dəb Həftəsinin əsas məqsədi inkişaf etməkdə olan dəb sənayesinin Azərbyacanda tanınmasına və istedadlı dizaynerlərə əl işlərini nümayiş etdirmək üçün şəraitin yaradılmasına yönəlmişdir.

Tədbirdə dəb sənayesi üzrə beynəlxalq mütəxəssislər, həmçinin dəb pərəkəndə şəbəkəsi və mağazaları alıcıları (bayerləri), beynəlxalq və yerli parlaq jurnalların nümayəndələri iştirak edirlər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti