Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/
Dənizkənarı Milli Parkda Bakı sakininin mobil telefonunu alıb qaytarmayan şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, Cəlilabad rayon sakini Cavid Əhədli tutulub.
Məlum olub ki, o, avqustun 30-u 2013-cü il tarixdə Dənizkənarı Milli Parkda Bakı şəhər sakini Anar Rəhimovun etibarından sui-istifadə edərək zəng etmək adı ilə mobil telefonunu alıb qaytarmayıb.