...

Bakıda 40 gün əvvəl itkin düşmüş qadın tapılıb

Hadisə Materials 29 Noyabr 2014 10:54 (UTC +04:00)
Bakıda 40 gün əvvəl itkin düşmüş 38 yaşlı qadın tapılıb.
Bakıda 40 gün əvvəl itkin düşmüş qadın tapılıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 40 gün əvvəl itkin düşmüş 38 yaşlı qadın tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 19-da itkin düşən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Vüsalə Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 38 yaşlı qadının harada və hansı şəraitdə tapıldığı barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti