Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatının nümayəndə heyəti ilə Misir, Qətər və ABŞ-dan olan bir qrup vasitəçi arasında Qəzza zolağında nizamlama üzrə danışıqların növbəti mərhələsi başlayıb.
Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi Misir televiziyasına istinadən bildirib.
Məlumata əsasən, danışıqlar Misir paytaxtı Qahirədə keçirilir.
"Nümayəndə heyətinin üzvləri Qəzza zolağında atəşkəsə nail olmaq imkanlarının müzakirəsini başa çatdırmaq niyyətindədirlər. İsrail ordusu Misirlə sərhəddə yerləşən "Rəfah" keçid məntəqəsinə nəzarəti ələ keçirdikdən sonra Misir Qəzzada vəziyyətin qabağını almaq üçün fəal səylər göstərir", - deyə agentlik bildirib.