...

Azərbaycan Basketbol Liqası: Son çempion qələbə ilə başlayıb

İdman Materials 8 May 2024 00:18 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyun günündə çempion “Sabah” “Xırdalan”la üz-üzə gəlib.

Bu, tərəflərin mövsümdə 3-cü qarşılaşması olub. Komandalar hərəyə 1 dəfə qalib gəliblər. Yarımfinalın ilk oyununda "Sabah" qalib gəlib. Çempion bu görüşdə ciddi çətinliklə üzləşməyib.

Seriyada 2 qələbə qazanacaq klub finala adlayacaq.

Qeyd edək ki, yarımfinalın digər cütündə sabah NTD-İNDİQO “Xəzri” ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti