...

“Avroviziya-2024” mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib

Cəmiyyət Materials 8 May 2024 01:30 (UTC +04:00)
“Avroviziya-2024” mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutub.

Trend xəbər verir ki, müsabiqədə Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə çıxış ediblər. Mahnının müəllifi Fahree-dir (Faxri İsmayılov). Mado Salih, Edqar Ravin, Həsən Heydər və Mila Miles də müsabiqə mahnısı üzərində çalışıblar.

15 ölkədən ilk finalçılar Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri olub.

Qeyd edək ki, İsveçin Malmö şəhərində “Eurovision 2024” beynəlxalq mahnı müsabiqəsi keçirilir. İkinci yarımfinal mayın 9-da, final isə mayın 11-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti