Bakı. Trend:
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsin çərşənbə günü İsrailə səfər edəcəyi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən bildirib.
Məlumata əsasən, səfər zamanı MKİ direktoru İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparacaq.
Bildirilib ki, U.Berns digər yüksək vəzifəli rəsmilərlə də danışıqlar aparmağı planlaşdırır.