...

Rumıniya “Patriot” sisteminin Ukraynaya verilməsi məsələsini müzakirə etməyə hazırdır

Dünya xəbərləri Materials 8 May 2024 00:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya prezidenti Klaus İohannis “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə dövlət başçısı Rumıniyanın Vaşinqtondakı səfirliyində ABŞ prezidenti Co Baydenlə görüşdən sonra mətbuat konfransında deyib.

"Son həftələr Ukraynanı "Patriot" sistemləri ilə kimin təmin edə biləcəyi ilə bağlı olduqca gərgin müzakirələr gedirdi. Rumıniyada belə sistemlər var və təbii ki, onlar bizdən də bu barədə soruşublar", - deyə Rumıniya prezidenti bildirib.

K.İohannis bunu müzakirə etməyə açıq olduğunu deyib:

"Prezident Bayden bu sualı verdi və mən dedim ki, mən bu məsələni müzakirə etməyə hazıram, yəni bu məsələni evdə, ölkənin Ali Müdafiə Şurasında müzakirə etməli etməliyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti