...

Çempionlar Liqası: “Borussiya” yenidən Uembliyə gedir

İdman Materials 8 May 2024 00:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk finalçı Parisdə müəyyənləşib.

Evdə “Borussiya”nı qəbul edən PSJ yenə 0:1 hesabı ilə uduzub. Yeganə qolu künc zərbəsindən sonra Hummels vurub. Dortmund klubu 11 ildən sonra finala yüksəlib.

Dortmundlular 2012/2013 mövsümün həlledici matçında "Uembli" stadionunda "Bavariya"ya uduzub. “Borussiya” yenidən Londonda keçiriləcək finalda çıxış edəcək.

Qeyd edək ki, digər finalçı mayın 8-də keçiriləcək “Real” – “Bavariya” matçında bəlli olacaq.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. PSJ – “Borussiya” D - 0:1
Qol:
Hummels, 50

Məqalədə:
Xəbər lenti

Xəbər lenti