...

Lənkəranda 2 il əvvəl evdən 15 min manat oğurlamış iki nəfər tutulub, biri axtarılır

Hadisə Materials 18 Aprel 2015 13:43 (UTC +04:00)
Lənkəran rayon sakininin evindən oğurluq etmiş şəxslərdən ikisi tutulub, biri isə müəyyən edilib.
Lənkəranda 2 il əvvəl evdən 15 min manat oğurlamış iki nəfər tutulub, biri axtarılır

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İlkin İzzət/

Lənkəran rayon sakininin evindən oğurluq etmiş şəxslərdən ikisi tutulub, biri isə müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran şəhər rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalarla 2013-cü il avqustun 20-də Mais İbrahimovun evindən 15 min manatın rayon sakinləri Yusif Rəhmanlı, Murad Canızadə və qardaşı Azər tərəfindən oğurlanması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Rəhmanlı və M.Canızadə tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti