...

Dənizdə batan var

Hadisə Materials 1 İyul 2015 23:26 (UTC +04:00)
Bakıda dənizdə bir nəfər batıb.
Dənizdə batan var

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Bakıda dənizdə bir nəfər batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Pirallahı rayonunda 1 nəfər dənizdə çimərkən batıb. Nazirliyin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.

Bundan başqa, Mingəçevir şəhərində 1 nəfər su anbarında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Xəbər lenti

Xəbər lenti