...

Kürdəmirdə 24 ton ot yanıb

Hadisə Materials 2 İyul 2015 09:48 (UTC +04:00)
Kürdəmirin kəndində vətəndaşa məxsus həyətyanı sahədə 24 ton ot yanıb.
Kürdəmirdə 24 ton ot yanıb

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Kürdəmirin kəndində vətəndaşa məxsus həyətyanı sahədə 24 ton ot yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Qarasaqqal kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlamasının 24 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti