...

Bakıda ticarət obyekti yanıb

Hadisə Materials 25 İyun 2016 08:39 (UTC +04:00)
Bakıda ticarət obyekti yanıb
Bakıda ticarət obyekti yanıb

Bakı. Trend:

Bakıda ticarət obyekti yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhərinin Xızı rayonunda baş verib.

Mağaza ümumi sahəsi 520 kv.m olan və bir dam altında yerləşən 13 ticarət obyektindən biri olub. Belə ki, sahəsi 64 kv.m olan mağaza 50 kv.m sahədə yanıb və yaxınlıqdakı digər obyektin tavanı yüksək temperaturdan 20 kv.m sahədə əriyib.

Digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 02:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti