...

DİN Binəqədidəki partlayışla bağlı məlumat yaydı

Hadisə Materials 6 İyul 2016 12:28 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Binəqədi rayonu ərazisindəki "Golden Water" MMC-nin "Lider-Cola" istehsalat sexində baş vermiş partlayışla bağlı məlumat yayıb.
DİN Binəqədidəki partlayışla bağlı məlumat yaydı

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Binəqədi rayonu ərazisindəki "Golden Water" MMC-nin "Lider-Cola" istehsalat sexində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 5-də saat 03 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Azər Kərimova məxsus “Golden Water” MMC-nin "Lider-Cola" istehsalat sexində quraşdırılmış, içərisində karbon qazı olan 4 tonluq dəmir çən partlayıb.

Bakıda "Lider Cola" şirkətində partlayış olub

Bakıda "Lider Cola" şirkətində partlayış olub

Hadisə nəticəsində xəsarət alan olmayıb, 1500-2000 kv.m ərazisi, hasarı dağılıb, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri sınıb, dam örtükləri yararsız hala düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti