...

Masallıda 12 otaqlı ev yanıb

Hadisə Materials 5 Avqust 2016 19:43 (UTC +04:00)
Masallı rayonunda 12 otaqlı ev yanıb.
Masallıda 12 otaqlı ev yanıb

Bakı. Trend:

Masallı rayonunda 12 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı rayonu, Təzə Alvadı kəndində vətəndaşlara məxsus ümumi sahəsi 612 m2 olan 12 otaqlı evin 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 240 m2 sahədə və dam örtüyü yanıb.

Yanğın zamanı vətəndaş yanıq xəsarəti almış və aidiyyatı üzrə təhvil verilib. Evin 1-ci mərtəbəsi və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti