...

Bakı sakini 5 metr dərinliyində quyuya düşdü

Hadisə Materials 17 Sentyabr 2016 14:35 (UTC +04:00)
Bakının Səbail rayonunda 1 nəfər 5 metr dərinliyində quyuya düşüb.
Bakı sakini 5 metr dərinliyində quyuya düşdü

Bakı. Trend:

Bakının Səbail rayonunda 1 nəfər 5 metr dərinliyində quyuya düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq dərinliyi 5 metr və diametri 2 metr olan çuxura düşmüş vətəndaşı cıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:03-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti