...

Bankomatdan 150 min manat oğurlanıb (VİDEO/ FOTO)

Hadisə Materials 24 Sentyabr 2016 15:11 (UTC +04:00)
Salyan rayonunda bankomatdan 150 min manatdan artıq pul oğurlanıb.
Bankomatdan 150 min manat oğurlanıb (VİDEO/ FOTO)

Bakı. Trend:

Salyan rayonunda bankomatdan 150 min manatdan artıq pul oğurlanıb.

Trend ARB Cənub-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Sarvan kəndində qeydə alnıb.

Vətəndaşların pensiya və müavinətləri verildiyindən bankomatda xeyli miqdarda pul olduğunu bilən şəxs və ya şəxslər binanın pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək bankomatın yerləşdiyi otağa daxil olub bankomatda olan pulları götürmək üçün onu qaynaq aparatı ilə kəsiblər. Sonra 150 min manatdan çox pulu götürərək aradan çıxıblar.

Hazırda Salyan Rayon Polis Şöbəsinnin əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti