Bakı. Trend:
Salyanda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonun Qarabağlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 21:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.