Bakı. Trend:
Biləsuvarda iki nəfər bıçaqlanıb. Trend Daxili İşlər Nazirliyinin saytına isatinadən xəbər verir ki, noyabrın 27-də Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində kənd sakini Natiq Hüseynov münaqişə zəminində həmkəndliləri Mikayıl Məmmədova və Savalan Zeynalova bıçaqla xəsarət yertirib.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Hüseynov tutulb.