...

"Bank Standart"dan oğurluq edən polis əməkdaşına hökm oxunub

Hadisə Materials 1 Dekabr 2016 11:09 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan sabiq polis əməkdaşı Arif Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Bank Standart"dan oğurluq edən polis əməkdaşına hökm oxunub

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan sabiq polis əməkdaşı Arif Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Əhmədov son söz deyib.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Əhmədov "Bank Standart" da mühafizəçi işləyib. O, bankdakı "Milliön"" aparatından gizli yolla 261 min manat oğurluq edib. Sonradan həmin pulun bir hissəsini qumarda uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti