...

Bakıda 11 otaqlı ev yanıb

Hadisə Materials 24 Mart 2017 21:28 (UTC +04:00)
Bakı şəhəri, Səbail rayonunda qeydə alınıb
Bakıda 11 otaqlı ev yanıb

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonunda qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1180 m2 olan ikimərtəbəli 11 otaqlı mansard tipli evin mansardının tavanının yanar konstruksiyaları və dam örtüyü 280 m2 sahədə yanıb.

Mansardın qalan hissəsi və otaqlar yanğından mühafizə olunub.

Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti