...

Bakı-Quba yolunda yol qəzası - 2 avtomobil toqquşub

Hadisə Materials 21 Aprel 2017 10:58 (UTC +04:00)
Bakı-Quba yolunda ağır yol qəzası olub.
Bakı-Quba yolunda yol qəzası - 2 avtomobil toqquşub

Bakı. Trend:

Bakı-Quba yolunda ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 8-ci km-də “VAZ” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:15-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti