...

FHN Binəqədidəki yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 22 May 2017 18:51 (UTC +04:00)
Binəqədidə 2 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
FHN Binəqədidəki yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Binəqədidə 2 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus 1 otaqlı mənzilin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildən 2 nəfərin yanmış meyiti aşkar olunub, 2 nəfər təhlükəsiz əraziyə təxliyyə edilib.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti