...

SENTYABRIN 6-NA OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 7 Sentyabr 2005 14:04 (UTC +04:00)

Sentyabrın 6-da daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 15-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 12 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 9 nəfər yaralanıb. 1 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 24 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti